İbrətamiz Hekayə
Salam. Bir gün bu blog üçün növbəti bir mövzunu yazırdım. Mövzu kimi Çarli Çaplinin sözlərini seçmişdim. Həmin mövzu ilə BURDAN tanış ola bilərsiniz. Nəsə mövzunu yazanda Çarlinin bir fikri yadıma bir əhvalatı saldı.
- "İnsanlar sizi lağa qoymaq üçün hər zaman bir əskiklərinizi tapacaq və kimsə sizi olduğunuz kimi qəbul etməyəcəkdir. Bunun üçün doğru bildiyiniz şəkildə yaşayın və qəlbinizin sizi yönləndirdiyi yerə gedin."
İndi həmin mövzuda söz verdiyim kimi həmin hekayəni sizinlə bölüşəcəm. Deməli bir gün Bir yaşlı kişi öz
oğlu ilə yol ilə gedirlər və yanlarındada bir at olur.. Əvvəlcə oğul atın üzərinə minir və atasıda atın yüyənindən tutaraq gedirlər. Az gedib çox gedib bir kənddən keçirlər. Kənd camaatı bunları görüb deyir:
- Nə insafsız oğuldur. Atası piyada gedir o isə at üstündə
Bunu eşidən ata oğul yerlərini dəyişirlər. Növbəti kənddən keçəndə oğul piyada Ata isə atın üstündə olur. Bu dəfə kənd caamatı:
- Nə insafsız atadır. Oğlu piyada gedir özü isə at üstündə
Bunu eşidən ata oğul bu dəfə hər ikisi atın üstünə minir və növbəri kənddən keçərkən Kənd camaatı:
- Nə insafsızdılar baxın görün heyvana necə zülm edirlər deyirlər...
Artıq növbəti kənddən keçəndə ata və oğul hər ikisi atdan düşür piyada gedirlər. Bu dəfə isə kənd camaatı bunları görüb lağa qoyurlar:
- Bu axmaxlara baxın özləri piyada gedir at isə boş durub yanlarında...
Yəni əzizlər Çarli demişkən nə edirsiz edin insanlar hər zaman sizdə əskikliklər tapacaq.. Buna görə hər zaman özünüz olun və öz doğru bildiyiniz şəkildə davranın